• $
  • £

Bir həftədə nə qədər ərazi minadan təmizlənib?

Bir həftədə nə qədər ərazi minadan təmizlənib?
23.02.2026 13:25

2026-cı ilin fevralın 16-22-dək azad olunan ərazilərdə 28 tank əleyhinə mina, 175 piyada əleyhinə mina, 796 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.

Məlumata əsasən 1 616.5 hektar ərazi minalardan təmizlənib.

2025-ci il ərzində Qarabağda 1 861 tank əleyhinə mina, 4 963 piyada əleyhinə mina və 52 392 ədəd partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.

Hesabat ilində  69 205,7 hektar ərazi minalardan təmizlənib.

Son 4 ildə işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Ümumilikdə 34 996 ədədi piyada əlehinə mina, 21 022 ədədi tank əlehinə mina, 118 999 ədədi partlamamış hərbi sursat olmaqla ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Müharibədən sonrakı dövrdə 176 237 hektar ərazi minadan təmizlənib. 
 
Dünyada mina qurbanlarının 84%-i mülki şəxslərdir. Onların da 37%-ni uşaqlar təşkil edir. Ümumilikdə isə mina qurbanlarının 81%-ni kişilər və oğlan uşaqları təşkil edir. 
 
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır. 
 
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər


Putin azərbaycanlı alimi təltif edib
Cəmiyyət 17:16
Putin azərbaycanlı alimi təltif edib


MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Cəmiyyət 16:20
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Cəmiyyət 15:37
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Cəmiyyət 15:17
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır
Cəmiyyət 14:52
Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır
İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Cəmiyyət 12:52
İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
Cəmiyyət 12:49
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib

Sabah 23 dərəcə isti olacaq - PROQNOZ
Cəmiyyət 12:12
Sabah 23 dərəcə isti olacaq - PROQNOZ

Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb
Cəmiyyət 11:57
Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol