Ötən il həbsdən azad olunan mindən çox vətəndaş işlə təmin olunub - RƏSMİ
2025-ci il cəzaçəkmə müəssisəərindən azad edilmiş 1008 nəfər münasib işlərlə təmin edilib, 262 nəfər isə özünüməşğulluq proqramına cəlb edilərək onlar üçün kiçik ailə təsərrüfatları və mikro sahibkarlıq fəaliyyətləri qurulub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən anews.az-ın sorğusuna cavab olaraq bildirilib.
Vurğulanıb ki, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən cəzaçəkmə yerlərindən azad edilmiş 1320-dən çox şəxs işlə təminat, özünüməşğulluq və peşə hazırlığı kimi aktiv məşğulluq proqramlarına cəlb edilib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox