Naxçıvanda icbari tibbi sığorta agentliyinin sədri vəzifədən azad edilib
Elnur İbrahimov Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Bu barədə Apa məlumat yayıb.
Qərar Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov tərəfindən imzalanan sərəncamla rəsmiləşdirilib.
Digər sərəncama əsasən, qurumun İdarə Heyəti sədrinin müavini Vüsal Məmmədov sədr vəzifəsinin müvəqqəti icrasına təyin olunub.
Son xəbərlər
Daha çox