• $
  • £

Kamran Əliyev Gürcüstana səfərə gedib

Kamran Əliyev Gürcüstana səfərə gedib
23.02.2026 18:09

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanlı həmkarı Giorgi Qvarakidzenin dəvəti ilə fevralın 23-də Tbilisi şəhərinə işgüzar səfərə gedib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyəti Tbilisidə Heydər Əliyevin adını daşıyan parkı və abidəsini ziyarət edib.

Gürcüstan Baş Prokurorluğunda keçirilmiş görüşdə Baş prokuror Kamran Əliyev qeyd edib ki, Gürcüstan Azərbaycan üçün dost ölkə olmaqla yanaşı, strateji tərəfdaşdır. Belə ki, Gürcüstan uzun illər ərzində ölkəmiz üçün vacib iqtisadi və infrastruktur layihələrində yaxından iştirak etmiş, ölkəmizin regional və qlobal təşəbbüslərini dəstəkləyib. Xalqlarımız və dövlətlər arasında mövcud dərin tarixi köklərə malik mehriban qonşuluq münasibətləri dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində daha da inkişaf edib.

Bundan başqa, Prezident İlham Əliyevin iki ölkə arasındakı sarsılmaz birliyi gələcək nəsillər üçün ən böyük miras kimi qiymətləndirməsi, Gürcüstan Prezidentinin seçkilərdə qalib gəldikdən, Baş nazirinin isə Partiyasının seçkilərdəki qələbəsindən ilk rəsmi səfərlərini Azərbaycana etməsinin xüsusi önəm daşıması, Azərbaycanla Gürcüstanın bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməsi qeyd olunub və vurğulanıb ki, bütün bunlar ölkələrimiz arasında münasibətlərin ali səviyyədə mahiyyəti və gücünü bir daha göstərir.

Öz növbəsində Giorgi Qvarakidze qurumlararası münasibətlərin inkişafından məmnunluğunu ifadə edib.

Görüşdə iki ölkənin prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumu qeyd edilərək cinayətkarlığın müxtəlif formalarına, o cümlədən korrupsiya, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətlər və mütəşəkkil cinayətkarlığın digər təhlükəli növlərinə qarşı birgə mübarizə, həmçinin ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahələrində praktiki əməkdaşlıq məsələləri, hüquqi və institusional əməkdaşlığın genişləndirilərək təcrübə mübadiləsinin aparılması ətrafında fikir mübadiləsi aparılıb. Bundan əlavə, görüşdə konkret cinayət işlərinin istintaqı zamanı müəyyən edilmiş qarşılıqlı maraq doğuran xüsusatlar, göndərilmiş hüquqi yardım və ekstradisiya sorğularının icra vəziyyətinə diqqət yetirilmiş, eləcə də sərhədyanı bölgələrin prokurorluqları arasında intensiv əməkdaşlıq əlaqələrinin vacibliyi qeyd edilməklə transsərhəd cinayətkarlığın qarşısının alınması ilə bağlı birgə tədbirlərin görülməsi müzakirə edilib.

Görüşlərdə Azərbaycanın Gürcüstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev də iştirak edib.

Səfər müddətində Baş prokuror, həmçinin Azərbaycanın Gürcüstandakı səfirliyini ziyarət edərək heyətlə tanış olub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazirlik bu çimərliklərlə bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:10
Nazirlik bu çimərliklərlə bağlı xəbərdarlıq edib
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç yola salınıb
Cəmiyyət 12:59
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç yola salınıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
TƏBİB:hazırda tabeliyimizdə 30 KT cihazı var
Cəmiyyət 12:37
TƏBİB:hazırda tabeliyimizdə 30 KT cihazı var
Qanunsuz mərc oyunları : Risklər, Qanun və Reallıq
Cəmiyyət 12:18
Qanunsuz mərc oyunları : Risklər, Qanun və Reallıq
Bakıda 99 minə yaxın şagird monitorinqə cəlb olunub
Cəmiyyət 12:13
Bakıda 99 minə yaxın şagird monitorinqə cəlb olunub
Bir həftədə nə qədər ərazi minadan təmizlənib? - rəsmi
Cəmiyyət 11:33
Bir həftədə nə qədər ərazi minadan təmizlənib? - rəsmi
Ermənistanın internet trafiki qismən Azərbaycan üzərindən keçəcək
Cəmiyyət 11:21
Ermənistanın internet trafiki qismən Azərbaycan üzərindən keçəcək
Beş ayda bu qədər uşağa reabilitasiya xidmətləri göstərilib
Cəmiyyət 10:59
Beş ayda bu qədər uşağa reabilitasiya xidmətləri göstərilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol