Amnistiya aktı nə qədər adama şamil edilib?
Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunan Amnistiya aktı çərçivəsində 1537 nəfərin azadlıqdan məhrumetmə cəzası 6 ay azaldılıb.
Bu barədə Baş Prokurorluqun Cinayət Təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Əliyev Binəqədi Rayon Prokurorluğunda keçirilən “Amnistiya aktı: dövlət humanizminin ifadəsi” adlı seminarda bildirib.
Onun sözlərinə görə, 1371 nəfər az ağır cinayətlərə görə məhkum olunmuş və cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslərdir.
166 nəfər ehtiyatsızlıqdan ağır cinayət törətdiklərinə görə 5 ildən artıq müddətə azadlıqdan məhrum edilmiş və cəzasının çəkilməmiş hissəsi 6 aydan çox olan şəxslərdir.
Bundan əlavə, amnistiya aktı ilə 1087 nəfər cinayət məsuliyyətindən azad edilib. Onlardan 795 nəfər ibtidai istintaq və təhqiqat orqanları, 292 nəfər isə məhkəmələr tərəfindən məsuliyyətdən azad olunub.
Aytac