• $
  • £

Qarabağa köçən insanlar bir müddət sonra geri qayıtmağa məcbur olur - Deputat

Qarabağa köçən insanlar bir müddət sonra geri qayıtmağa məcbur olur - Deputat
24.02.2026 11:21

 Deputat Razi Nurullayev işğaldan azad olunmuş ərazilərin bərpasında bütün maliyyə yükünün dövlət tərəfindən qarşılanmasının uzunmüddətli və dayanıqlı model olmadığını bildirib. Bu barədə deputat Milli Məclisin fevralın 24-də keçirilən iclasında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, hazırda köçürülən əhali üçün ev, infrastruktur və kommunal xidmətlər əsasən dövlət hesabına təmin edilir, lakin iş yerlərinin azlığı və iqtisadi həyatın zəif formalaşması səbəbindən bəzi sakinlər sonradan geri qayıdır.

"Köçən insanların bir hissəsi bir müddət sonra geri qayıdır. Səbəb sadədir: iş yeri azdır, dolanışıq zəif, iqtisadi həyat formalaşmayıb. Dövlətin əsas rolu ev tikmək yox, şərait yaratmaq olmalıdır. Dövlət yol çəksin, su, işıq, qaz, internet, məktəb, xəstəxana yaratsın. Amma evlərin tikintisi mərhələli şəkildə, dövlətin nəzarəti və güzəştli mexanizmləri ilə vətəndaşın özünə verilsin. Köçkün öz evini özü tikəndə o torpağa daha çox bağlanır. Tikə-tikə ora öyrəşir, ətrafı tanıyır, dolanışıq yolu axtarır, qonşuluq münasibətləri formalaşır. Bu, psixoloji və sosial baxımdan da daha sağlam modeldir. Üstəlik, bu yanaşma dövlət büdcəsi üçün də qat-qat ucuz başa gəlir. Vətəndaş öz evini indiki qymətlərdən iki dəfə daha ucuz məbləğə tikəcək", - deputat bildirib. 

Deputat hesab edir ki, dövlət əsasən infrastruktur yaratmalı, yaşayış evlərinin tikintisi isə güzəştli mexanizmlərlə və vətəndaşların iştirakı ilə mərhələli şəkildə həyata keçirilməlidir. Bu modelin həm sosial baxımdan daha effektiv, həm də büdcə üçün daha sərfəli olacağı vurğulanıb.

Nurullayev həmçinin bildirib ki, bölgənin bərpası yalnız dövlət layihələri ilə mümkün deyil və ərazi real şəkildə özəl sektora açılmalı, kiçik və orta sahibkarlıq üçün daha əlverişli şərtlər yaradılmalıdır.

Deputat əlavə edib ki, kəndlərin vahid model üzrə qurulması əvəzinə, yaşayış məntəqələri funksional zonalara bölünməli, kənd təsərrüfatı ilə məşğul olmayanlar üçün qəsəbə tipli alternativ yaşayış mühitləri formalaşdırılmalıdır.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər


Putin azərbaycanlı alimi təltif edib
Cəmiyyət 17:16
Putin azərbaycanlı alimi təltif edib


MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Cəmiyyət 16:20
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Cəmiyyət 15:37
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Cəmiyyət 15:17
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır
Cəmiyyət 14:52
Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır
İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Cəmiyyət 12:52
İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
Cəmiyyət 12:49
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib

Sabah 23 dərəcə isti olacaq - PROQNOZ
Cəmiyyət 12:12
Sabah 23 dərəcə isti olacaq - PROQNOZ

Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb
Cəmiyyət 11:57
Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol