• $
  • £

Cenevrədə Azərbaycan XİN başçısının müavini Ermənistan əsilli şəxslərin məhkəməsi barədə danışıb

Cenevrədə Azərbaycan XİN başçısının müavini Ermənistan əsilli şəxslərin məhkəməsi barədə danışıb
25.02.2026 09:48

Xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 61-ci sessiyasının yüksək səviyyəli seqmentində iştirak etmək məqsədilə 23-25 fevral 2026-cı il tarixlərində Cenevrə şəhərində səfərdə olub.  Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nazir müavini BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxış edib, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirib.

Nazir müavini çıxışı zamanı, postmünaqişə dövründə Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı vəziyyəti, iki ölkə arasında Vaşinqton razılaşmasından irəli gələn məsələlər, o cümlədən Zəngəzur dəhlizinin regional inkişafa verəcəyi töhfədən bəhs edib.

Eyni zamanda, keçmiş münaqişənin humanitar nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər qismində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, mina təhdidi ilə mübarizə və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışını nəzərdə tutan "Böyük Qayıdış" proqramı barədə məlumat verilib.

Qeyd olunub ki, genişmiqyaslı mina çirklənməsi insan hüquqlarının tam həyata keçirilməsinə ciddi maneə olaraq qalır və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir.

Nazir müavini çıxışı zamanı, müharibə və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan şəxslərə münasibətdə keçirilmiş məhkəmə prosesinin beynəlxalq hüquqa və milli qanunvericiliyə uyğun olaraq aparıldığı və verilən qərarlarla Azərbaycanın ədaləti bərpa etdiyini vurğulayıb.

BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun Ruben Vardanyan işi ilə bağlı Ermənistan tərəfinin iddialarının rədd olunduğu 13 mart 2025-ci il tarixində dərc olunmuş rəyində də Azərbaycan tərəfindən həyata keçirilmiş hüquqi prosedurların beynəlxalq standartlara uyğun olduğunun bir daha təsdiqləndiyi xatırlanıb.

Həmçinin Azərbaycanın beynəlxalq dialoq platforması kimi rolunun artdığı vurğulanaraq, Azərbaycanda keçirilmiş COP29 tədbirinin iqlim fəaliyyətinin sürətləndirilməsinə mühüm töhfə verdiyi, cari il ərzində isə Bakıda BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının və 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi diqqətə çatdırılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:53
Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Sabah bu marşrutlar dayanacaqlarda saxlamayacaq
Cəmiyyət 21:32
Sabah bu marşrutlar dayanacaqlarda saxlamayacaq
Almaniyadan Azərbaycan və Ermənistana çağırış
Cəmiyyət 20:59
Almaniyadan Azərbaycan və Ermənistana çağırış
Xətai rayonunda yanğın baş verib
Cəmiyyət 19:30
Xətai rayonunda yanğın baş verib
Bakı Neft Terminalında güclü yanğın söndürülüb - YENİLƏNİB - 2
Cəmiyyət 19:18
Bakı Neft Terminalında güclü yanğın söndürülüb - YENİLƏNİB - 2
17 yaşlı qız Kürdə batıb
Cəmiyyət 18:30
17 yaşlı qız Kürdə batıb
İmişli sakini Arazda boğuldu
Cəmiyyət 17:59
İmişli sakini Arazda boğuldu
Qazaxıstanda sərnişin avtobusu yanıb
Cəmiyyət 16:15
Qazaxıstanda sərnişin avtobusu yanıb
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
Cəmiyyət 14:22
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol