• $
  • £

Türkiyədə hərbi F-16 qəzaya uğradı, pilot həlak oldu

Türkiyədə hərbi F-16 qəzaya uğradı, pilot həlak oldu
25.02.2026 15:31

25 fevral 2026-cı il gecəsi Balıkesir bölgəsində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb. Bu barədə Yeni Akit qəzetinin məlumatında qeyd olunub. 

Hadisə yerli vaxtla saat 00:50 radələrində, 9-cu Hava Bazası Komandanlığı tərkibində xidməti uçuş həyata keçirən təyyarə ilə əlaqənin kəsilməsindən sonra baş verib. Xilasedicilər təyyarənin qalıqlarını İzmir-İstanbul magistral yolunun yaxınlığında, Karay rayonunda aşkar ediblər.

Qəza nəticəsində pilot, aviasiya mayoru İbrahim Bolat həlak olub. Türkiyə hakimiyyəti onun ölümünü rəsmi şəkildə təsdiqləyib.

Hadisə yerinə yanğınsöndürənlər, təcili yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, magistral yolda nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Türkiyə Milli Müdafiə Nazirliyi qəzanın səbəbinin hələlik məlum olmadığını, araşdırmanın Aviasiya Qəzası Araşdırma Komissiyası tərəfindən aparıldığını bildirib.

Hadisə ilə bağlı Balıkesir Prokurorluğu tərəfindən də rəsmi istintaqa başlanılıb.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:53
Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Sabah bu marşrutlar dayanacaqlarda saxlamayacaq
Cəmiyyət 21:32
Sabah bu marşrutlar dayanacaqlarda saxlamayacaq
Almaniyadan Azərbaycan və Ermənistana çağırış
Cəmiyyət 20:59
Almaniyadan Azərbaycan və Ermənistana çağırış
Xətai rayonunda yanğın baş verib
Cəmiyyət 19:30
Xətai rayonunda yanğın baş verib
Bakı Neft Terminalında güclü yanğın söndürülüb - YENİLƏNİB - 2
Cəmiyyət 19:18
Bakı Neft Terminalında güclü yanğın söndürülüb - YENİLƏNİB - 2
17 yaşlı qız Kürdə batıb
Cəmiyyət 18:30
17 yaşlı qız Kürdə batıb
İmişli sakini Arazda boğuldu
Cəmiyyət 17:59
İmişli sakini Arazda boğuldu
Qazaxıstanda sərnişin avtobusu yanıb
Cəmiyyət 16:15
Qazaxıstanda sərnişin avtobusu yanıb
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
Cəmiyyət 14:22
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol