• $ 1.7
  • € 2.0096
  • ₽ 0.022138
  • ₺ 0.0388
  • £ 2.2983

Azərbaycan və Somali arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan və Somali arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
25.02.2026 18:28

25 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Somali Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Abdinur Dahir Fidounu qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdə diplomatik fəaliyyətində uğurlar arzulayıb. Somalinin ölkəmizdə ilk rezident səfirinin iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyinə dair əminlik ifadə olunub.

Görüşdə Azərbaycan və Somali arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Son bir neçə il ərzində ölkələrimiz arasında təmasların intensivləşməsi, qarşılıqlı səfərlərin sayının artmasının məmnunluq doğurduğu qeyd edilib. Ötən ilin fevral ayında Somali Prezidentinin ölkəmizə səfəri, daha sonra Azərbaycan hökumət missiyasının Somaliyə səfəri və bu çərçivədə Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi, Somali xarici işlər nazirinin iyun ayında ölkəmizə səfəri məmnunluqla xatırlanıb.

Azərbaycan və Somali arasında əməkdaşlığın siyasi, iqtisadi, humanitar, kənd təsərrüfatı, enerji və digər sahələrdə daha da dərinləşdirilməsi üçün mövcud potensialdan istifadə olunmasının vacibliyi vurğulanıb.

Görüşdə, Azərbaycan və Somali arasında ikitərəfli çərçivədəki münasibətlərlə yanaşı, çoxtərəfli beynəlxalq və regional platformalarda, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın önəmi vurğulanıb. Bununla yanaşı, Somalinin 2025–2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründə əməkdaşlığın təqdirəlayiq olduğu bildirilib.

Ölkəmizin Somali Federativ Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, birliyinə və ərazi bütövlüyünə tam dəstəyi bir daha diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Xocavəndə gedib - Yenilənib2
Siyasət 19:39
Prezident Xocavəndə gedib - Yenilənib2
Azərbaycan və Somali arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Siyasət 18:28
Azərbaycan və Somali arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə edilib
Siyasət 17:18
Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə edilib
Prezident Küveyt Əmirini təbrik edib
Siyasət 11:06
Prezident Küveyt Əmirini təbrik edib
Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin onuncu üçtərəfli iclası keçirilib
Siyasət 19:20
Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin onuncu üçtərəfli iclası keçirilib
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Siyasət 14:30
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Fuat Oktay высказался о «Маршруте Трампа» (TRIPP)
Siyasət 10:19
Fuat Oktay высказался о «Маршруте Трампа» (TRIPP)
Fuad Oktay Azərbaycana gəlib
Siyasət 23:11
Fuad Oktay Azərbaycana gəlib
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb
Siyasət 20:00
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol