• $
  • £

XİN Azərbaycan vətəndaşlarını İran və İsrailə səfərlərdən çəkinməyə çağırır

XİN Azərbaycan vətəndaşlarını İran və İsrailə səfərlərdən çəkinməyə çağırır
28.02.2026 11:59

İranda təhlükəsizlik vəziyyətinin gərginləşdiyi nəzərə alınaraq, Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırırıq.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı səyahət xəbərdarlığında bildirilib.

Həmçinin vətəndaşlarımızdan təhlükəsizlik tədbirlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmələri və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur.

Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşların Azərbaycanın İrandakı Səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi:

[email protected]

+98 905 523 01 07

+98 901 884 55 31 

Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu:

[email protected]

+98 901 414 31 57

+98 935 317 21 01

***

XİN eyni zamanda İran ətrafında müşahidə olunan gərginlik fonunda Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırıb. Hazırda İsraildə olan vətəndaşlardan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstərişlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur. Fövqəladə hallarda Azərbaycan Respublikasının İsraildəki Səfirliyi ilə əlaqə saxlamaq üçün əlaqə detalları verilib. 

Əlaqə vasitələri:

Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi

[email protected]

+972 54 539 77 88

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycan XİN: Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik
Siyasət 16:26
Azərbaycan XİN: Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik
Azərbaycan XİN Pakistan xalqını təbrik edib
Siyasət 15:06
Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Çin lideri Prezident İlham Əliyevi təbrik edib
Siyasət 14:22
Çin lideri Prezident İlham Əliyevi təbrik edib

Prezident İlham Əliyev Şahbaz Şərifi təbrik edib
Siyasət 12:33
Prezident İlham Əliyev Şahbaz Şərifi təbrik edib
Azərbaycanın müdafiə naziri Türkiyə və Qətərə başsağlığı verib
Siyasət 16:59
Azərbaycanın müdafiə naziri Türkiyə və Qətərə başsağlığı verib
Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Tbilisiyə gedib
Siyasət 12:41
Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Tbilisiyə gedib
Qazaxıstan Prezidenti Türk Dövlətləri Təşkilatı sammitini elan edib
Siyasət 20:30
Qazaxıstan Prezidenti Türk Dövlətləri Təşkilatı sammitini elan edib
İran qonşu ölkələrin işlərinə müdaxilə etməyəcəyini açıqlayıb
Siyasət 11:49
İran qonşu ölkələrin işlərinə müdaxilə etməyəcəyini açıqlayıb
Zahid Oruc: Yeni qərarlar dövlət idarəçiliyində vahid və şəffaf sistem formalaşdıracaq
Siyasət 14:09
Zahid Oruc: Yeni qərarlar dövlət idarəçiliyində vahid və şəffaf sistem formalaşdıracaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol