Əli Əsədov BP nümayəndə heyəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Azərbaycanın Baş naziri Əli Əsədov martın 2-də BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell başda olmaqla nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan ilə BP arasında formalaşmış uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib. Şirkətin ölkədə həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulanıb, həmçinin ikitərəfli əməkdaşlığın gündəliyində olan perspektiv layihələr müzakirə olunub.
Son xəbərlər
Daha çox