• $ 1.7
  • € 1.9587
  • ₽ 0.021501
  • ₺ 0.0401
  • £ 2.2273

Santa Klausa qadağa qoyuldu

Santa Klausa qadağa qoyuldu
29.05.2020 06:02
ABŞ-ın Texas ştatındakı Nikols İbtidai məktəbi Milad bayramının atributlarını, o cümlədən yolka və şaxta babanın məktəbdə nümayişini qadağan edib. ANS PRESS-in məlumatına görə, valideynlərə göndərilən məktubda deyilir ki, şagirdlər məktəbdə Milad və ya hər hansı digər dini bayramın atributlarından istifadə edə bilməzlər. Əhalisinin beşdə bir hissəsi xristian olan ABŞ-da Miladın atributlarını qadağan etmək cəhdinin nə ilə bağlı olduğunu öyrənməyə çalışdıq.Şaxta baba və ya amerikalıların təbirincə desək, Santa Klaus ABŞ-ın bir neçə ictimai məktəbində uşaqların gözündən yığışdırılsa da, yerli məhkəmənin qərarı ilə yenidən bərpa olunub. Balacaların sevimlisi ətrafında olan bu mübahisə məktəb direktorlarının dini diskriminasiyaya yol verməmək arzusundan irəli gəlir. Axı xristianların Miladı bayram olunursa, yəhudilərin Hanukka, müsəlmanların Ramazanı da qeyd edilməlidir. Təcrübəli məktəb müəlliməsi Miladın aşırı komersiyalaşdırılmasını dünyəvilik hissinin tərbiyəsi üçün təhlükəli hesab edir. O, bayramın hər il bir az da irəli çəkilməsi və artıq az qala yay aylarından reklam edilməsini reteyl şirkət və mağazaların məqsədyönlü kampaniyası ilə izah edir.Təqaüddə olan müəllimə Cən Brukerin fikirlərini öyrəndik: “Mən Miladdan əvvəl baş verənləri heç cür qəbul etmirəm. Mən Milad gününə qədər heç bir yolka və s. bəzəməzdim. Miladın səhərisi ölü şam ağaclarının zibilə tullanmasını görmək çox ağırdır. Təəssüflər olsun ki, adamlar da öz bayramlarını mağazalara əsasın qururlar, onlar bayramı tam komersiyalaşdırıblar”.Qeyd edək ki, ABŞ-ın “Qəlləp” rəy sorğusu agentliyinin proqnozlarına görə bu il amerikalılar Milad bayramı hədiyyələrinin alınmasına 704 dollar sərf edəcəklər. Bayramın mənəviyyatın təntənəsindən daha çox, alış-veriş üçün dəvətə çevrilməsi təsadüfi deyil. Noyabr-dekabr ayları bir çox pərakəndə satış şirkətlərinin illik satışının 40%-ni təşkil edir. 30 ildən bəri katolik məktəbində dərs deyən həmsöhbətimiz Miladda hədiyyə bağışlamaq ənənəsindən imtina edib.Yerli vətəndaş Brukerin isə bu il ailə üzvləri bir-birlərinə hədiyyə almayacağını qeyd edib: “Mənim ailəmdə, qardaşımla 2 bacım neçə il əvvəl qərara gəlmişik ki, Miladda bir-birimizə hədiyyyə verməyəcəyik. Biz yaşa dolduqca hədiyyəyə bu qədər pul xərcləmək daha da çətinləşir. Amma mənim uşaqlarım böyüyəndən sonra özləri qərar veriblər ki, ailənin balacaları həmişə hədiyyə alacaqlar”.Amerikada Miladın komersiyalaşması ətrafında icimai debat və müzakirələr davam etdiyi vaxt, mağazalar bayramdan faydalanmaqdadırlar. Santa Klaus kimin üçünsə dini atribut olsa da, burda bol-bol müştəri və deməli, bazar deməkdir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Siyasət 14:58
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Tramp iki hinduşqanı hotelə gətizdirərək onları əfv edib
Dünya 10:35
Tramp iki hinduşqanı hotelə gətizdirərək onları əfv edib
NATO baş katibinin müavini Ukraynada səfərdədir
Dünya 00:54
NATO baş katibinin müavini Ukraynada səfərdədir
Britaniya Ukraynaya HHM raketlərinin yeni partiyasını göndərəcək
Dünya 00:17
Britaniya Ukraynaya HHM raketlərinin yeni partiyasını göndərəcək
Luvrdakı oğurluğa görə daha bir nəfər saxlanılıb
Dünya 20:30
Luvrdakı oğurluğa görə daha bir nəfər saxlanılıb
ABŞ dövlət katibinin müavini Türkiyə, İraq və İsrailə səfər edəcək
Dünya 20:14
ABŞ dövlət katibinin müavini Türkiyə, İraq və İsrailə səfər edəcək
Ukrayna üçün Bişkek Protokolu
Dünya 17:03
Ukrayna üçün Bişkek Protokolu
Rusiya Ukraynaya "Kinjal" hipersəsli raketlərlə zərbə endirib
Dünya 13:48
Rusiya Ukraynaya "Kinjal" hipersəsli raketlərlə zərbə endirib
İstanbulda BƏƏ kəşfiyyatı üçün casusluq edən 3 nəfər saxlanılıb
Dünya 13:21
İstanbulda BƏƏ kəşfiyyatı üçün casusluq edən 3 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol