Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,85 ABŞ dolları və ya 9,41 % artaraq 79,6 ABŞ dolları təşkil edib.
Məlumata görə, hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin may fyuçersləri 77,82 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,69 ABŞ dolları və ya 9,54 % artaraq 76,79 ABŞ dolları olub.
Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Mövcud qiymət büdcə proqnozundan xeyli yüksəkdir.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycan bu markalı nefti SOCAR-ın da tərəfdaş olduğu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasil edir. Müqavilə çərçivəsində SOCAR-ın payı 31,65 % təşkil edir.