• $
  • £

SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib

SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
03.03.2026 13:38

SOCAR ilə TotalEnergies arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi məsələsi müzakirə olunub. Bu barədə SOCAR-dan bildirilib. 

Müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Martina Oppizi arasında baş tutub. Görüş Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində keçirilib.

Tərəflər Azərbaycanın təşəbbüsü ilə icra olunan enerji layihələrinin, o cümlədən Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində oynadığı rolu vurğulayıblar.

Görüşdə birgə həyata keçirilən layihələrin icra vəziyyəti, “Abşeron” yatağında əməliyyat fəaliyyətinin nəticələri və yatağın tammiqyaslı işlənməsi istiqamətində görülən işlər nəzərdən keçirilib.

Eyni zamanda enerji təhlükəsizliyi, rəqəmsallaşma, dayanıqlı inkişaf prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb

Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
İqtisadiyyat 12:40
Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb
İqtisadiyyat 11:41
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb

Əmtəə bazarlarında qızılın qiyməti aşağı enib
İqtisadiyyat 10:35
Əmtəə bazarlarında qızılın qiyməti aşağı enib

“Brent” neftinin qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:28
“Brent” neftinin qiyməti ucuzlaşıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 10:13
Nyu-York birjasında təbii qazın qiyməti artıb
Rusiya neft sanksiyalarının yumşaldılmasından 2 milyard dollar qazanacaq
İqtisadiyyat 22:01
Rusiya neft sanksiyalarının yumşaldılmasından 2 milyard dollar qazanacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol