Azərbaycanda qadınların təmsilçiliyi 20%-ə yüksəlib – Dövlət Komitəsi
Azərbaycanda 2025-ci ildə qadınların iş yerlərində təmsilçiliyi 11%-dən 20%-ə yüksəlib. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib.
Qəhrəmanova qeyd edib ki, sosial qanunların işləməsi üçün cəmiyyətlə işləmək vacibdir.
Onun sözlərinə görə, ilk bələdiyyə seçkilərində qadınların təmsilçiliyi 4% idisə, hazırda bu göstərici 39%-ə çatıb. Dövlət qulluğunda isə qadınların payı 24% təşkil edir.
Komitə rəsmisi vurğulayıb ki, qadın iqtisadi güclüdürsə, onun hüquqları da pozulmur.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox