• $
  • £

Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb

Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb
03.03.2026 15:15

 

8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Birbank Biznes-in təşəbbüsü ilə həyata keçirilən “Hər işdə birinci qadınlar” yarmarkası başa çatıb. Artıq ənənə halını alan yarmarka PASHA Malls-un dəstəyi ilə Crescent Mall-da baş tutub. Ümumilikdə 50 sahibkar qadının iştirak etdiyi tədbir ziyarətçilər tərəfindən də maraqla qarşılanıb. 

Yarmarka çərçivəsində unikal əl işləri, kreativ hədiyyələr və müxtəlif məhsullar layihəyə özəl endirimli qiymətlərlə satışa çıxarılıb. Tədbir qadın sahibkarlar üçün satış imkanlarının genişləndirilməsi, yeni müştərilərlə tanışlıq və potensial tərəfdaşlıqların qurulması baxımından effektiv platforma rolunu oynayıb. 

Layihənin davamı olaraq qadın sahibkarlar üçün xüsusi kampaniyaya da start verilib. Belə ki, xanımların biznesinə dəstək məqsədi ilə təqdim olunan “She’s Next” kartı 15 mart 2026-cı il tarixinədək xanımlara ödənişzsiz olaraq hədiyyə edilir. Kart sahibinə manat, dollar və avro valyutalarında istifadə imkanı ilə yanaşı, müxtəlif bonuslar və əlavə imtiyazlar da təklif edir. “She’s Next” biznes kartını əldə etmək istəyənlər Birbank Biznes-in rəsmi internet saytı və ya mobil tətbiqi vasitəsilə onlayn müraciət edə bilərlər. Həmçinin, 16 mart tarixinədək  xanımların Birbank Biznes mobil tətbiqindən onlayn rəsmiləşdirdikləri kreditlərə heç bir komissiya tətbiq edilmir. 

Birbank Biznes bu təşəbbüslərlə qadın sahibkarların fəaliyyətini dəstəkləməyi, onların bizneslərinin tanıdılması və inkişafı üçün yeni imkanlar yaratmağı hədəfləyir.    

Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün //birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin. 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol