• $
  • £

Bayramov Naxçıvana dron hücumu ilə bağlı moldovalı həmkarını məlumatlandırıb

Bayramov Naxçıvana dron hücumu ilə bağlı moldovalı həmkarını məlumatlandırıb
06.03.2026 12:52

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi arasında geniştərkibli görüş keçirilib. Bu barədə Xarici İşlər Nazirliyi "X" hesabında məlumat yayıb.

Nazirlər ikitərəfli siyasi dialoqun davam etdirilməsini, həmçinin iqtisadiyyat, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsini, eləcə də Birləşmiş Millətlər Təşkilatı və ATƏT də daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətlərin əlaqələndirilməsini müzakirə ediblər.

XİN başçıları, həmçinin Yaxın Şərqdə dəyişkən və gərgin təhlükəsizlik vəziyyətinə də toxunublar.

Ceyhun Bayramov martın 5-də İrandan Naxçıvana qarşı həyata keçirilən dron hücumları ilə bağlı ciddi narahatlıq ifadə edib. Qeyd edilib ki, bu hücumlar nəticəsində hava limanı və məktəb də daxil olmaqla mülki infrastruktur zədələnib, mülki şəxslər yaralanıb.

Nazir Bayramov, həmçinin moldovalı həmkarını Azərbaycan və Ermənistan arasında davam edən normallaşma və sülh prosesi barədə məlumatlandırıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb

Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
İqtisadiyyat 12:40
Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb
İqtisadiyyat 11:41
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb

Əmtəə bazarlarında qızılın qiyməti aşağı enib
İqtisadiyyat 10:35
Əmtəə bazarlarında qızılın qiyməti aşağı enib

“Brent” neftinin qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:28
“Brent” neftinin qiyməti ucuzlaşıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 10:13
Nyu-York birjasında təbii qazın qiyməti artıb
Rusiya neft sanksiyalarının yumşaldılmasından 2 milyard dollar qazanacaq
İqtisadiyyat 22:01
Rusiya neft sanksiyalarının yumşaldılmasından 2 milyard dollar qazanacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol