• $
  • £

Ramiz Mehdiyevin ailəsinə məxsus bank bağlanır

Ramiz Mehdiyevin ailəsinə məxsus bank bağlanır
06.03.2026 15:15

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bu gün qəbul etdiyi qərarla, qanunvericiliyə müvafiq olaraq, "Bank BTB" ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib. Bu barədə  AMB məlumat yayıb.

Bu çevrilmə istiqamətində zəruri tədbirlər "Bankların yenidən təşkili haqqında Qaydalar" ilə müəyyən edilmiş prosesə uyğun olaraq tənzimləyici qurumun nəzarəti altında həyata keçiriləcək.

Bu çərçivədə, "Bank BTB" ASC ilə aktivlərinin həcminə görə ölkənin ən iri bankı olan "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) arasında "Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə" imzalanıb. Bu müqaviləyə uyğun olaraq "Bank BTB"də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB tərəfindən onların depozitlərinin geri qaytarılması təmin olunacaq. Həmçinin, Bank "BTB"yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları ABB-yə ötürüləcək və ödənişlərin qəbulu ABB tərəfindən həyata keçiriləcək. Sözügedən məsələlərlə bağlı müştərilərə məlumatlar ABB və "Bank BTB" ASC tərəfindən müvafiq kommunikasiya kanalları vasitəsilə çatdırılacaq.

Beləliklə, Bank "BTB" ASC-nin yenidən təşkili bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır.

Bank "BTB" ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi cəmi 0.6%, kredit portfelində 0.9%, sektorun öhdəliklərində isə 0.6% təşkil edir.

“Bank BTB”-nin səhmlərinin 75 faizi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevaya məxsusdur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda qeyri-sabit hava şəraiti aqrar sığorta müraciətlərini artırıb
Cəmiyyət 14:29
Azərbaycanda qeyri-sabit hava şəraiti aqrar sığorta müraciətlərini artırıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:37
Sabahın hava proqnozu açıqlanıb
DİM: Buraxılış imtahanlarının çətinliyi iştirakçının hazırlıq səviyyəsindən asılıdır
Cəmiyyət 12:25
DİM: Buraxılış imtahanlarının çətinliyi iştirakçının hazırlıq səviyyəsindən asılıdır
BƏƏ-dən Azərbaycan vətəndaşlarının növbəti təxliyəsi həyata keçirilib
Cəmiyyət 11:12
BƏƏ-dən Azərbaycan vətəndaşlarının növbəti təxliyəsi həyata keçirilib
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:31
Qızıl və gümüş bahalaşıb
İstismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək
Cəmiyyət 10:21
İstismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək
DİN: Bir gündə 49 cinayət açılıb, 56 axtarışda olan şəxs saxlanılıb
Cəmiyyət 10:02
DİN: Bir gündə 49 cinayət açılıb, 56 axtarışda olan şəxs saxlanılıb
“Azeri Light” nefti 103 dolları ötüb
Cəmiyyət 09:58
“Azeri Light” nefti 103 dolları ötüb
Bu gün Yel çərşənbəsidir
Cəmiyyət 09:00
Bu gün Yel çərşənbəsidir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol