Rusiyada yanacaqdoldurma məntəqəsində yanğın baş verib
Sankt-Peterburqda yanacaqdoldurma məntəqəsində yanğın baş verib.Bu barədə Rusiya KİV-ə xəbər verir.
Bildirilir ki, alov 21 kvadratmetr sahəni əhatə edib.
Yanğının söndürülməsinə dörd texnika və 19 yanğınsöndürən cəlb olunub.
İlkin məlumata görə, xəsarət alan yoxdur.
Rosqvardiya əməkdaşları hadisədən az sonra yanğını törədən şübhəlini saxlayıblar.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox