Tramp Putinlə telefon danışığının detallarını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının detallarını açıqlayıb.
Tramp bildirib ki, Putin İranla bağlı münaqişənin həllinə kömək etmək istədiyini ifadə edib, lakin söhbətin əsas hissəsi Ukraynadakı müharibə ilə bağlı olub.
“Biz Ukrayna haqqında danışdıq və bu, sadəcə bitməyən bir döyüşdür. Putin və Zelenski arasında böyük nifrət var, onlar yola gedə bilmirlər. Amma düşünürəm ki, söhbət bu məsələdə müsbət keçdi”, – Tramp qeyd edib.
Putinin İran məsələsində kömək təklifinə münasibət bildirən Tramp əlavə edib:
“Mən dedim ki, Ukraynadakı müharibənin bitməsinə kömək etsəniz, daha faydalı olardı. Bu, faydalı olardı. Amma söhbət yaxşı idi”, - o deyib.
Aytac