“Azeri Light” nefti 103 dolları ötüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti 8,41 ABŞ dolları və ya 8,89% artaraq 103,03 ABŞ dollarına yüksəlib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçersləri 102,84 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin bir barelinin qiyməti isə 8,6 ABŞ dolları və ya 9,5% artaraq 99,10 ABŞ dolları təşkil edib.
Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də – 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda – 149,66 dollar olub. Bu marka üzrə neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilir və layihədə SOCAR-ın payı 31,65% təşkil edir.