Qızıl və gümüş bahalaşıb
Qızılın qiyməti 1,46% artaraq 5 178,31 ABŞ dollarına bərabər olub. Bu barədə birja məlumatlarında qeyd olunub.
Gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 5,51% artaraq 89,18 ABŞ dolları olub.
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin II rübündə 15,8 ton qızıl alıb.
Fonddan verilən məlumata görə, 1 iyul tarixinə investisiya portfelində qızılın xüsusi çəkisi 28,8%-ə çatıb. Bu göstərici aprelin 1-i ilə müqayisədə 3 faiz bəndi çoxdur.
Aytac