ABŞ səfirliyi Livandakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb
ABŞ-ın Beyrutdakı səfirliyi Livandakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb. BBC xəbər verir ki, səfirlik vətəndaşlara Rafiq Həriri hava limanından “Middle East Airlines” təyyarələri ilə təhlükəsiz şəkildə çıxış imkanlarını nəzərdən keçirməyi tövsiyə edib.
Son bir həftə ərzində Beyrut və Livanın cənub bölgələri İsrail tərəfindən bombardmana məruz qalıb. İsrail əməliyyatların İran tərəfindən dəstəklənən Hizbullah qruplaşmasını hədəf aldığını açıqlayıb.
Səfirlik ölkəni tərk edə bilməyən vətəndaşlara isə mümkün qədər təhlükəsiz yerlərdə qalmağı və ictimai məkanlardan uzaq durmağı məsləhət görüb.