• $
  • £

Yaponiya Yaxın Şərqdəki gərginlik fonunda 80 milyon barel neft ehtiyatını bazara buraxacaq

Yaponiya Yaxın Şərqdəki gərginlik fonunda 80 milyon barel neft ehtiyatını bazara buraxacaq
12.03.2026 09:41

Yaponiya hökuməti Yaxın Şərqdəki müharibənin yaratdığı qlobal enerji şoklarını azaltmaq üçün 80 milyon barel neft ehtiyatını bazara buraxmaq qərarı verib. Bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, Yaponiya neft tədarükünün təxminən 90 faizini Hörmüz boğazı vasitəsilə alır.

İran və regiondakı digər ölkələrin nəzarətində olan bu strateji marşrutda ABŞ və İsrailin Tehrana hücumundan sonra yük daşımaları faktiki olaraq dayanıb.

Daha əvvəl Beynəlxalq Enerji Agentliyi (BEA) qlobal bazarda qiymətlərin kəskin artımını cilovlamaq məqsədilə 400 milyon barel neftin ehtiyatlardan buraxılmasını tövsiyə edib.

Agentliyin 32 üzv ölkəsi tərəfindən yekdilliklə təsdiqlənən bu addım təşkilat tarixində ən böyük koordinasiyalı ehtiyat buraxılışlarından biri hesab olunur.

Yaponiyanın baş naziri Sanae Takaiçi bildirib ki, ölkə benzinin və digər neft məhsullarının tədarükündə fasilələrin qarşısını almaq üçün ehtiyatlardan G7 ölkələri və BEA ilə koordinasiya olunmuş şəkildə istifadə edəcək. Onun sözlərinə görə, Yaponiya öz payına düşən ehtiyatın buraxılmasına 16 martdan başlayacaq.

Hazırda Yaponiyanın təxminən 470 milyon barel həcmində, yəni 254 günlük istehlaka bərabər strateji neft ehtiyatı var. Bunun 146 günü dövlət ehtiyatları, 101 günü özəl sektor ehtiyatları, 7 günü isə hasilatçı ölkələrlə birgə saxlanılan ehtiyatlardan ibarətdir.

Bundan əvvəl ABŞ Energetika Nazirliyi də ölkənin strateji ehtiyatlarından 172 milyon barel neftin bazara çıxarılacağını açıqlamışdı. Bu addımlar Yaxın Şərqdə artan gərginlik fonunda qlobal enerji bazarında sabitliyi qorumaq məqsədi daşıyır.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
İqtisadiyyat 10:50
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb


Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
İqtisadiyyat 09:45
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol