• $
  • £

Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları Azercell-inqonağı oldular Layihə çərçivəsindəcüdoyabaşlayan yeniyetmə qızlarla görüş keçirildi

Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları Azercell-inqonağı oldular Layihə çərçivəsindəcüdoyabaşlayan yeniyetmə qızlarla görüş keçirildi
11.03.2026 16:51

“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları Azercell-inqonağı oldular
Layihə çərçivəsində cüdoya başlayan yeniyetmə qızlarla görüş keçirildi

8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində “Qızlara ağ yaraşır” sosial təşəbbüsü çərçivəsində cüdo ilə məşğul olmağa başlayan gənc qızlar Azercell-in qonağı oldular. Fəallıqları və nailiyyətləri ilə fərqlənən yeniyetmə cüdoçular Azercell əməkdaşları ilə görüşərək cüdoya başlama motivasiyaları, bu idmanın onların həyatında yaratdığı imkanlar və gələcək hədəfləri barədə fikirlərini bölüşdülər.  

Görüş “Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasovanın, şirkət nümayəndələrinin və Azərbaycan Cüdo Federasiyasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Ülkər Abbasovanın iştirakı ilə baş tutdu.

Tədbiri giriş sözü ilə açan Sona Abbasova Azərbaycan CüdoFederasiyası ilə tərəfdaşlığın müvəffəqiyyətinin qarşılıqlı hörmət, dürüstlük və davamlı inkişaf kimi ortaq dəyərlərə əsaslandığınıvurğuladı: “”Qızlara ağ yaraşır” təşəbbüsü də bu əməkdaşlığın mühüm hissəsidir. Layihənin əsas məqsədi qızların cəmiyyətdə rolunun gücləndirilməsinə və onların potensiallarını reallaşdırmaları üçün imkanların yaradılmasına töhfə verməkdir. Bu gün gənc cüdoçu qızların simasında bu təşəbbüsün real nəticələrini görürük. Onlar artıq yerli və beynəlxalq yarışlarda iştirak edir, uğurlar qazanır və digər qızlar üçün ilham mənbəyinə çevrilirlər.”

Qeyd edək ki, “Qızlara ağ yaraşır” layihəsi ictimaiyyət arasında erkən nikah mövzusuna diqqətin artırılmasını, eyni zamanda qızlar arasında idmanın təşviqini hədəfləyən sosial təşəbbüsdür. Layihəindiyədək bir sıra beynəlxalq mükafatlara layiq görülüb.

 


 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
İqtisadiyyat 10:50
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb


Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
İqtisadiyyat 09:45
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol