Bir gündə 60 cinayətin üstü açılıb, 239 axtarışda olan şəxs saxlanılıb
Martın 11-də ölkə ərazisində 60 cinayətin açılması, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin üstü açılıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, axtarışda olan ümumilikdə 239 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 196 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Hesabat dövründə polis əməkdaşları tərəfindən narkotiklərlə əlaqəli 34 fakt, həmçinin qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı 24 fakt müəyyən edilib.
Bildirilib ki, müxtəlif cinayət əməllərində şübhəli bilinən 61 nəfər saxlanılıb. DİN qeyd edir ki, ölkə ərazisində ictimai asayişin qorunması və cinayətkarlığa qarşı mübarizə istiqamətində tədbirlər davam etdirilir.
Gülnar Nazimqızı