• $
  • £

Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur

Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur
12.03.2026 10:46

 

 

Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinəinnovativ maliyyə həlləri təqdim etməyə davam edir. Dövlət Vergi Xidməti ilə birgə həyata keçirilən sosial əməkdaşlıq nəticəsində Birbanklılar üçün ƏDV-ni geri almaq indi daha rahat oldu. 

Belə ki, artıq Kapital Bank/Birbank və Paşa Bank-a məxsus pos terminallarla edilən ödənişlərdə ƏDV-ni geri almaq üçün QR kodu oxutmaq, qəbzləri skan etmək dövrü tarixə qovuşur. Birbank kartı ilə qeyd edilən pos terminallarda ödəniş zamanı qəbz avtomatik olaraq Birbank-ın “Son əlavə olunan çeklər” bölməsinə  əlavə edilir və ƏDV növbəti 30 gün ərzində balansa yüklənir. Prosesə qoşulmaq üçün Birbank mobil tətbiqində “ƏDV geri al” bölməsində “Çekləri avtomatik əlavə et” düyməsini aktivləşdirmək yetərlidir. 

İlk olaraq yalnız Birbank kartlarında aktiv olan bu yenilik mağaza, restoran, apteklər də daxil olmaqla ölkədə fəaliyyət göstərən bir çox ictimai iaşəobyektlərində keçərlidir. Yaxın zamanlarda layihənin bütün alış-veriş və xidmət nöqtələrini əhatə etməsi planlaşdırılır. 

Ətraflı məlumat üçün: //birbank.az/edvavtoskan  

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi iləmüştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ədaxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul vəxidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinəmüraciət edə bilərsiniz. 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
İqtisadiyyat 10:50
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb


Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
İqtisadiyyat 09:45
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol