İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb - Nazirlik sözçüsü
Iranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb, lakin özünü yaxşı hiss edir. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baghaei İtaliyanın Corriere della Sera qəzetinə açıqlamasında bildirib.
Baqai qeyd edib ki, yeni Ali Liderin ilk çıxışının vaxtı hələ məlum deyil.
“Üç-dörd nəfər yeni Ali Lider vəzifəsi uğrunda mübarizə aparırdı, amma Ekspertlər Şurasının əksəriyyəti onu seçdi”, - o deyib.
Martın 11-də isə The New York Times qəzeti İran rəsmilərinə istinadən xəbər yayıb ki, Xamenei ABŞ və İsrailin hücumunun ilk günündə yaralanıb. Jurnalistlər bildirirlər ki, İranın yeni ali liderinin hələ videoya və ya ictimaiyyət qarşısına çıxmamasının səbəbi məhz budur.
İranın keçmiş Ali Lideri Ayətullah Əli Xameneinin oğlu, 56 yaşlı Müctəba Xamenei, ABŞ və İsrailin Tehrandakı hava hücumlarından sonra vəfat edən atasının yerinə yeni Ali Lider seçilib. 8 martda Ekspertlər Məclisi yekdilliklə Müctəba Xameneini ömürlük Rəhbər elan edib.
Müctəba Xamenei İran siyasətində nüfuzlu ailədən gəlir və keçmişdə dini və siyasi karyerasını əsasən daxili təhlükəsizlik və ali dini strukturlarda formalaşdırıb. Onun seçilməsi İranın siyasi yönümlərində sabitliyin qorunması və Ekspertlər Şurasının dəstəyi ilə həyata keçirilib.
Gülnar Nazimqızı