• $
  • £

Əmr Musa: XXI əsrdə qlobal təhlükəsizlik anlayışı yenidən müəyyənləşdirilməlidir

Əmr Musa: XXI əsrdə qlobal təhlükəsizlik anlayışı yenidən müəyyənləşdirilməlidir
12.03.2026 13:21

 

XXI əsrdə qlobal təhlükəsizlik anlayışı artıq yalnız böyük dövlətlərin müəyyən etdiyi çərçivədə müzakirə oluna bilməz.
Bunu Ərəb Liqasının keçmiş baş katibi, Misirin sabiq xarici işlər naziri Əmr Musa bildirib.

Onun sözlərinə görə, XX əsrdə qlobal təhlükəsizlik əsasən supergüclərin müəyyən etdiyi və digər ölkələrə təqdim etdiyi model əsasında formalaşıb.

 Lakin bu yanaşma artıq dövrün tələblərinə cavab vermir.

Əmr Musa qeyd edib ki, həm qlobal Şimal, həm də qlobal Cənub daxilində müxtəlif mövqelər və fikir ayrılıqları olsa da, hər iki qrup daxilində ortaq yanaşmalar da formalaşır.

 Bu baxımdan, qlobal təhlükəsizliyin məzmunu Şimal və Cənubun birgə müzakirəsi ilə müəyyənləşdirilməlidir.

O vurğulayıb ki, bu məsələ yalnız ABŞ və Çin, yaxud yalnız Qərb və Şərq arasında müzakirə olunan mövzu olmamalıdır. 

Onun fikrincə, qlobal Cənub da beynəlxalq təhlükəsizlik və yeni dünya nizamı ilə bağlı debatların tamhüquqlu iştirakçısına çevrilməlidir.

“Qlobal təhlükəsizlik anlayışını müəyyənləşdirərkən qlobal Cənubun mövqeyi mütləq nəzərə alınmalıdır”, —  o bildirib.

Əmr Musanın sözlərinə görə, XXI əsrdə qlobal təhlükəsizliyin nə demək olduğu hələ tam müəyyənləşdirilməyib.

 Məhz bu səbəbdən beynəlxalq ictimaiyyət tez-tez yenidən XX əsrin düşüncə tərzinə və yanaşmalarına qayıdır.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir TDT Baş katibi ilə görüşüb
Siyasət 19:00
Baş nazir TDT Baş katibi ilə görüşüb
Özbəkistanın Baş naziri Azərbaycanda səfərdədir
Siyasət 18:35
Özbəkistanın Baş naziri Azərbaycanda səfərdədir
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə telefon danışığı aparıb
Siyasət 18:28
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə telefon danışığı aparıb
Qırğızıstanın Baş naziri Azərbaycana gəlib
Siyasət 18:04
Qırğızıstanın Baş naziri Azərbaycana gəlib
Nazir Hindistanın yeni səfirini qəbul edib
Siyasət 17:19
Nazir Hindistanın yeni səfirini qəbul edib
Prezident sərəncam imzalayıb
Siyasət 13:26
Prezident sərəncam imzalayıb
Ceyhun Bayramov və Maksim Prevo arasında telefon danışığı olub
Siyasət 18:27
Ceyhun Bayramov və Maksim Prevo arasında telefon danışığı olub
Azərbaycanda şirkətlərin benefisiar sahibləri barədə məlumat maliyyə institutlarına açıqlanmayacaq
Siyasət 15:26
Azərbaycanda şirkətlərin benefisiar sahibləri barədə məlumat maliyyə institutlarına açıqlanmayacaq
Prezident 31 Mart hadisəsi ilə bağlı paylaşım edib
Siyasət 09:26
Prezident 31 Mart hadisəsi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol