• $
  • £

ABB-nin dəstəyi ilə II QadınLiderləri Zirvəsi keçirildi

ABB-nin dəstəyi ilə II QadınLiderləri Zirvəsi keçirildi
12.03.2026 16:09

 

 

ABB-nin dəstəyi, “Facemark” şirkətinin təşkilatçılığı ilə “Gülüstan” sarayında II Qadın Liderləri Zirvəsi keçirilib. Tədbirdə Azərbaycandan və ölkə xaricindən müxtəlif fəaliyyət sahələrini təmsil edən qadın liderlər bir araya gəlib. 

ABB-nin Baş direktoru Aynur Süleymanlı iştirakçılara ABB-nin qadınlara bərabər imkanlar mühitinin yaradılması məqsədilə həyata keçirdiyi layihələr barədə danışıb. Bankın son illərdə qadın liderlərin inkişafı sahəsində əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb.

ABB-nin Əməliyyat departamentinin direktoru Nərgiz Aslanova panel müzakirəsində iştirakçılarla öz şəxsi inkişaf təcrübəsini bölüşüb.

Müzakirələr “Zirvəyə gedən yol”, “Zirvədəki baryerlər və maneələr”, “Zirvədə davamlılıq və dayanıqlılıq” mövzularında 3 əsas panel üzrə aparılıb. 

Tədbir zamanı keçirilən müsabiqənin qaliblərinə ABB-nin hədiyyələri də təqdim olunub. 

II Qadın Liderləri Zirvəsi ölkəmizdə qadın liderliyinin gücləndirilməsi və gələcək nəsil liderlərin formalaşdırılmasına töhfə verən əhəmiyyətli platforma kimi yadda qalıb.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi //abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
İqtisadiyyat 10:50
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb


Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
İqtisadiyyat 09:45
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol