Füzulidə mina partlayıb,ölən var
Füzuli rayonunda mina partlayıb, ölən var.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aşağı Veysəlli kəndi ərazisində baş verib.
Məlumata görə, Ağdam rayonu sakini, 1968-ci il təvəllüdlü çoban Hacıyev Ramil Maşallah oğlu ərazidə atla hərəkətdə olarkən minaya düşüb.
Nəticədə çoban ölüb, atı isə tələf olub.
Faktla bağlı araşdırma aparılır.