• $
  • £

Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir

Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
13.03.2026 12:52

 

Lider mobil operatorun dəstəyi ilə “Her Art in Action” festivalının açılış mərasimi keçirilib

Gender bərabərliyinin təşviqi və qadınların imkanlarının genişləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyən Azercell bu dəfə “VarYox” incəsənət və mədəniyyət platformasının təşkilatçılığı ilə həyata keçirilən “Her Art in Action” festivalının tərəfdaşı qismində çıxış edir. Festival Azərbaycanda qadın rəssamlar üçün təhlükəsiz və inklüziv yaradıcılıq mühiti formalaşdırmaq, incəsənət və mədəniyyət sektorunda bərabər imkanların yaradılmasına töhfə vermək məqsədi daşıyır.

Layihənin açılışı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan “Mənzərəyə açılan ev” adlı sərgi ilə başlayıb.

Açılış mərasimində tərəfdaş qurumların nümayəndələri, diplomatik korpusun üzvləri, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova şirkətin qadınların inkişafına yönəlmiş təşəbbüsləri barədə məlumat verib:
“Qadınların ictimai həyatın müxtəlif sahələrində fəal iştirakı cəmiyyətin davamlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Azercell uzun illərdir qadınların təhsilinə, peşəkar inkişafına və liderlik bacarıqlarının gücləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyir. Əminəm ki, “Her Art in Action” layihəsi qadınların yaradıcı potensialının üzə çıxarılması ilə yanaşı, milli mədəni dəyərlərimizin təbliğinə və beynəlxalq müstəvidə tanınmasına mühüm töhfə verəcək.”

Artıq üçüncü dəfə təşkil olunan “Her Art in Action” festivalı qadın rəssamların yaradıcılığının təşviqi və regionlararası mədəni əməkdaşlığın inkişafına xidmət edən beynəlxalq təşəbbüs kimi çıxış edir. Festival çərçivəsində beynəlxalq rəssamların da iştirak etməsi tədbiri fikir və təcrübə mübadiləsi üçün dinamik platformaya çevirir. Belə ki, sərgidə Azərbaycanla yanaşı müxtəlif ölkələri təmsil edən 27 yerli və xarici rəssamın əsərləri ziyarətçilərə təqdim olunub.

Qeyd edək ki, təşəbbüs “Azercell Telekom” MMC-nin, PAŞA Holding-in, Niderland Krallığının və İspaniya Krallığının Azərbaycandakı səfirliklərinin dəstəyi ilə həyata keçirilir. 

“Her Art in Action” festivalı haqqında ətraflı məlumatla//herartinaction.com/ saytında tanış ola bilərsiniz.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol