Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, səfir Eduard Stiprais ilə görüşüb.Bu barədə Hacıyev “X” hesabında paylaşım edib.
Onun sözlərinə görə, görüş zamanı regional əməkdaşlıq, eləcə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və TRIPP layihələri ilə bağlı səmərəli müzakirələr aparılıb.
Son xəbərlər
Daha çox