Xaçmaz–Quba yolunda yük maşını ilə minik avtomobili toqquşub, tıxac yaranıb
Xaçmaz–Quba avtomobil yolunda “KamAZ” markalı yük maşını ilə “Chevrolet” markalı minik avtomobili toqquşub. Hadisə yolun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb, lakin hadisə yolun ensiz hissəsində baş verdiyindən digər nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşıb və yolda uzun tıxac yaranıb.
Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra avtomobillər yolun hərəkət hissəsindən çıxarılıb və nəqliyyatın hərəkəti bərpa olunub.