İrandakı Rusiya konsulluğu fəaliyyətini dayandırıb
İranın İsfahan şəhərində yerləşən Rusiyanın Baş Konsulluğu mövcud vəziyyətlə əlaqədar fəaliyyətini müvəqqəti dayandırıb.Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, vəziyyətlə əlaqədar olaraq İsfahandakı konsulluğun fəaliyyəti dayandırılıb və konsulluq xidmətlərinin bərpası barədə məlumat daha sonra açıqlanacaq.