Tramp Çinə səfərini təxirə salıb
ABŞ Prezidenti Donald Tramp İranla hərbi münaqişə fonunda bu aya planlaşdırılan Çinə səfərinin təxirə salındığını elan edib.O, bu barədə oval kabinetdə İrlandiyanın Baş naziri Mixol Martinlə görüşü zamanı bildirib.
“Biz görüşü təxirə salırıq və görünür, o, təxminən beş həftə sonra baş tutacaq. Biz Çinlə əlaqədəyik. Onlar etiraz etmədilər”, – Tramp bildirib.
ABŞ prezidenti əlavə edib ki, Çin sədri Si Cinpinlə görüşü səbirsizliklə gözləyir.