İranın naziri yaralanan ali liderin vəziyyətini açıqlayıb
Tehran düşmənlərin ölkə ilə həmsərhəd su yolundan istifadə etməsinə imkan verməyəcək və müharibədən sonra Hörmüz boğazında naviqasiya üzrə yeni qaydaların qəbulunu tələb edəcək. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın addımlarına cavab olaraq bildirib.
Nazir qeyd edib ki, İran müvəqqəti atəşkəsə inanmır və Livandan Yəmənə qədər bütün istiqamətlərdə müharibənin tam dayandırılmasını istəyir.
“Müharibədən sonra Hörmüz boğazı və gəmilərin oradan keçidi ilə bağlı yeni qaydalar hazırlamalıyıq”, – Əraqçi bildirib.
İrandakı daxili siyasi vəziyyətə və yüksək vəzifəli şəxslərə qarşı mümkün hücumlarla bağlı iddialara toxunan nazir vurğulayıb ki, ölkənin ali lideri Müctəba Xamenei sağlamdır və vəziyyəti nəzarətdə saxlayır.
“Ali liderin yalnız səthi xəsarətləri var. Xalqla nə vaxt və necə danışacağı onun qərarından asılıdır. Lakin mənim məlumatıma görə, o, tamamilə sağlamdır”, – nazir əlavə edib.
Aytac