Nyu-Yorkda təyyarə qəzası olub, hava limanı bağlanıb
Kanadaya məxsus təyyarə Nyu-Yorkun La-Quardia hava limanında Kanadanın "Air Canada Express" aviaşirkətinə məxsus Bombardier CRJ-900 tipli təyyarə qəza törədib.
Bu barədə “Flightradar24” məlumat yayıb.
Təyyarə eniş edən zaman yanğınsöndürən maşınla toqquşub.
İlkin məlumatlara görə, hadisə nəticəsində təxminən 70 nəfər xəsarət alıb. Onların arasında avtomobildə olan 5 yanğınsöndürən (onlardan dördünün vəziyyəti ağır qiymətləndirilir) və təyyarənin sərnişinləri də var. Təyyarənin göyərtəsində təxminən 100 nəfər olub.
Toqquşmanın görünüş məhdudiyyəti və əlverişsiz hava şəraiti fonunda baş verdiyi bildirilir. Məlumata görə, yanğınsöndürən maşın laynerin enişi zamanı uçuş-enmə zolağını keçməyə cəhd edib.
Hadisə nəticəsində hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb.
Toqquşmanın zəif görmə şəraiti və əlverişsiz hava şəraiti fonunda baş verdiyi bildirilir. Məlumata görə, yanğınsöndürmə maşını laynerin enişi zamanı uçuş-enmə zolağını keçməyə cəhd edib.
Son xəbərlər
Daha çox