Roma Papası hava bombardmanlarının əbədi qadağan olunması ilə bağlı çağırış edib
Roma Papası XIV Leo silahlı münaqişələr zamanı zərbələrin endirilməsi üçün aviasiyadan istifadənin qadağan edilməsinə çağırıb.
Bu barədə "Reuters" məlumat yayıb.
"Heç kim ölüm və dağıntı təhlükəsinin səmadan gələ biləcəyi qorxusu ilə yaşamamalıdır. XX əsrin faciəvi təcrübəsindən sonra hava bombardmanları əbədi olaraq qadağan edilməli idi, lakin onlar hələ də mövcuddur. Bu tərəqqi deyil, bu tənəzzüldür", - Papa bəyan edib.
"Reuters" qeyd edib ki, XIV Leo İranla müharibədə atəşkəsə dəfələrlə çağırış edib. Bazar günü o, münaqişəni "bəşər nəslinin rüsvayçılığı" adlandırıb.