• $ 1.7
  • € 1.8453
  • ₽ 1.9383
  • ₺ 0.0465
  • £ 2.1921

Azərbaycan Ermənistandan 300 milyard dollar təzminat tələb edəcək

Azərbaycan Ermənistandan 300 milyard dollar təzminat tələb edəcək
10.12.2013 14:12
Bu günədək Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Azərbaycana dəyən maddi ziyanın həcmi artıq 300 milyard dolları keçib. Trend xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib.Ə.Həsənovun sözlərinə görə, əvvəllər Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Azərbaycana dəyən maddi ziyanın həcmi 60 milyard ABŞ dollar məbləğində hesablanırdı. Lakin son beynəlxalq hesablamalara görə, dəymiş ziyanın real həcmi bundan 5 dəfə çoxdur: "Biz o vaxt heç bilmirdik ki, beynəlxalq aləmdə bu ziyanlar necə hesablanır. Son 5-6 ildə Prezident İlham Əliyevin tapşırığı ilə Beynəlxalq Qiymətləndiricilər Assosiasiyasına müraciət olunub. Bu qurumla biz artıq 2 ildir işləyirik. Bu günədək Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Azərbaycana dəyən maddi ziyanın həcmi artıq 300 milyard dolları keçib. Bunu onlar müəyyənləşdiriblər. Azərbaycanın hüququdur ki - buna beynəlxalq hüquq da icazə verir - istənilən vaxt bunu təzminat formasında Ermənistana qarşı təqdim edək. Əgər Ermənistan düz yola gələrsə, Azərbaycan hansısa müəyyən güzəştə gedə bilər. Əgər onlar düz yola gəlsələr, təzminatın ödənişində müəyyən güzəştlərə baxıla bilər. Əgər düz, konstruktiv yola gəlməsələr, təbii ki, Azərbaycan istənilən vaxt bu məbləğin təzminat formasında ödənilməsini tələb edəcək".Baş nazirin müavini, həmçinin ehtiyac olacağı təqdirdə işğal olunmuş ərazilərlə bağlı qanunvericilikdə müəyyən dəyişikliklərin olunacağını da istisna etməyib: "İğal altında olan ərazilərin boşaldılması, dəymiş ziyanın ödənilməsi tələbi barədə beynəlxalq hüquq normaları, beynəlxalq sənədlər, konvensiyalar mövcuddur. Biz o konvensiyaların hamısına qoşulmuşuq. Bununla bağlı məsələlər Azərbaycanın milli qanunvericiliyində də yer alıb və bununla bağlı qanunlar qəbul olunub. Bizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli və bu problemlərə baxış haqqında kifayət qədər milli qanunvericilik var. Onlar da hamısı beynəlxalq konvensiyalara əsaslanır. Ancaq vaxt keçdikcə, ehtiyac yarandıqca bu qanunlarda müəyyən dəyişikliklər və əlavələr edilə bilər. Bu, formal haldır".ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan XİN Pakistandakı terror aktı ilə bağlı bəyanat yayıb
Siyasət 22:20
Azərbaycan XİN Pakistandakı terror aktı ilə bağlı bəyanat yayıb
Albaniya Prezidenti Azərbaycana gəlib
Siyasət 21:15
Albaniya Prezidenti Azərbaycana gəlib
Bayramov iranlı həmkarı ilə regional məsələləri müzakirə edib
Siyasət 18:30
Bayramov iranlı həmkarı ilə regional məsələləri müzakirə edib
Prezident İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
Siyasət 18:05
Prezident İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Siyasət 11:41
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Sahibə Qafarova Gürcüstan prezidenti ilə görüşüb
Siyasət 18:10
Sahibə Qafarova Gürcüstan prezidenti ilə görüşüb
Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestri aparılacaq
Siyasət 17:20
Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestri aparılacaq
İlham Əliyevin Şimali Makedoniya Prezidenti ilə təkbətək görüşü başlayıb
Siyasət 11:25
İlham Əliyevin Şimali Makedoniya Prezidenti ilə təkbətək görüşü başlayıb
Bakı Buenos-Ayresə başsağlığı verib
Siyasət 23:05
Bakı Buenos-Ayresə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol