• $ 1.7
  • € 1.8582
  • ₽ 2.0804
  • ₺ 0.0463
  • £ 2.208

Azərbaycanlı alim xaricdə ermənişünaslıq kafedrası qurdu

Azərbaycanlı alim xaricdə ermənişünaslıq kafedrası qurdu
10.12.2013 13:56

Qafar Çaxmaqlı: “Türkiyədə son illər ermənişünaslıq sahəsində geniş fəaliyyət başlayıb”

2008-ci ildə Türkiyə prezidenti Abdulla Gül ölkə mətbuatına verdiyi müsahibələrin birində Türkiyənin Ali Təhsil Qurumu Nevşəhir Universitetində Erməni dili və ədəbiyyatı fakültəsinin açılmasına icazə verildiyini qeyd etmişdi. O zaman bunun Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlardan biri olduğu bildirilirdi. Əslində bunun ardında başqa məsələlərin dayanması diqqəti çəkirdi. Məlumdur ki, Ermənistan uzun müddətdir “erməni soyqırımı”nı dünyada tanıtdırmaq üçün fəaliyyətdədir və gələn il “soyqırımın” növbəti yubileyini qeyd edəcəklər. Erməni dilinin öyrənilməsi isə buna qarşı hərəkətə keçmək üçün stimul ola bilər.

Tarix üzrə fəlsəfə doktoru Qafar Çaxmaqlı da Modern.az saytına açıqlamasında bunu təsdiq edir. O qeyd edib ki, uzun  müddət Türkiyə "erməni məsələsi"nə biganə yanaşlıb və bu məsələni "çox xırda" iş hesab edib: “Bu səbəbdən də  Ermənistan və erməni diasporu, onların havadarları bir qədər üstünlük əldə ediblər. Məsələn, 1965-ci ildən bəri  20-yə yaxın ölkənin parlamentinin uydurma "erməni soyqırımı”nı tanıması  bu ölkədə gələcəkdə müəyyən təhlükəli nəticələrə aparılıb çıxarılacağı qənaətinə səbəb oldu və Türkiyədə ötən əsrin sonlarından etibarən bu işə əhəmiyyət verməyə, onu ciddiyə almağa başladılar. Bəzi hallarda düşünmək olar ki, bu gec başlayan bir fəaliyyətdir. Bir çox hallarda isə bu sahədə kifayət qədər təcrübə əldə etmiş ermənilərin apardıqları siyasətin yedəyində gedilir, onların provakasyalarının əsirinə çevrilirdik. Yəni, oturub gözləməli olurduq ki, görək erməni nə hərəkət edəcək və biz də ona cavab verək”.

Q.Çaxmaqlı bu mövzuda Türkiyə və Azərbaycanı ayırmadığını vurğulayıb. Onun sözlərinə görə, buna oxşar vəziyyət Azərbaycanda da mövcud idi: “Hətta bu ətaləti indi də aradan qaldıra bilməmişik. Baxın, Ermənistanın mütəxəssis sarıdan heç bir problemi yoxdur,  yəni onların Azərbaycan və türk dilini bilməklə bağlı heç bir problemi yoxdur. Bizim isə var. Əgər bu işlə ciddi məşğul olmasaq,  gələcəkdə biz erməni dilini bilən adam tapa bilməyəcəyik. Bizi özünə düşmən hesab edən bir millətin dilini bilən mütəxəssis hazırlamaqla nə dərəcədə ciddi məşğul oluruq? Bu işin içində olan adam kimi deyə bilərəm ki,  hələ də buna az əhəmiyyətli bir iş kimi baxırıq, bəzən də yalançı özfəaliyyətlə məşğul oluruq. Türkiyədə də son illər "buzlar əriyib"”.  

Qafar Çaxmaqlı qeyd edib ki, Türkiyədə son illər ermənişünaslıq sahəsində geniş fəaliyyətin olması buna dövlət səviyyəsində əhəmiyyət verilməsinin göstəricisidir: “Mən ilk azərbaycanlıyam ki, bu işdə qardaş ölkəyə yardım etməyə dəvət olunmuşam. İndi Kayseridə, Erciyəs Universitetində Ermənişünaslıq kafedrası açılıb və mən onun qurucusuyam. Ermənistanı və erməni toplumunu öyrənən strateji araşdırma qurumlarında da bu işə ciddi yanaşılır. Bundan öncə isə magistr pilləsi üzrə Ankara Universitetinin  Dil, Tarix, Coğrafiya fakültəsində erməni dili kafedrası, eyni zamanda Ədirnədəki Trakya Universitetində erməni dili və ədəbiyyatı bölümü açılıb. Türkiyənin erməni dilini bilən mütəxəssis hazırlığına ciddi əhəmiyyət verməsinin bir göstəricisi də  bəzi dövlət qurumlarında kursların yaradılmasıdır. Mən də bu işə yardım  edirəm”.

Modern.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yol polisi dumanlı hava ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 15:14
Yol polisi dumanlı hava ilə bağlı xəbərdarlıq edib
Yollarda görünüş məsafəsi 300 metrədək məhdudlaşacaq
Cəmiyyət 14:47
Yollarda görünüş məsafəsi 300 metrədək məhdudlaşacaq
Sabah yağış yağacaq - Hava proqnozu
Cəmiyyət 12:52
Sabah yağış yağacaq - Hava proqnozu
Şagird sinif yoldaşına stul atıb, müəllim hadisəni gizlədib- Səs yazısı
Cəmiyyət 12:34
Şagird sinif yoldaşına stul atıb, müəllim hadisəni gizlədib- Səs yazısı
Bəzi rayonlara yağış yağır - Faktiki hava açıqlanıb
Cəmiyyət 12:25
Bəzi rayonlara yağış yağır - Faktiki hava açıqlanıb
İnsultdan sonra hərəkəti tam bərpa etmək mümkün olacaq
Cəmiyyət 10:15
İnsultdan sonra hərəkəti tam bərpa etmək mümkün olacaq
Zaqatalada ev yanıb, 53 yaşlı qadın ölüb - Yenilənib
Cəmiyyət 09:43
Zaqatalada ev yanıb, 53 yaşlı qadın ölüb - Yenilənib
Sabah Şərurun bir sıra kəndlərində qaz olmayacaq
Cəmiyyət 23:00
Sabah Şərurun bir sıra kəndlərində qaz olmayacaq
Xəzərdə dalğaların hündürlüyü 6 metrə çatacaq- Xəbərdarlıq
Cəmiyyət 22:30
Xəzərdə dalğaların hündürlüyü 6 metrə çatacaq- Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol