• $ 1.7
  • € 2.0132
  • ₽ 0.022246
  • ₺ 0.0389
  • £ 2.3042

Türkiyə TANAP layihəsində payını artırmaq istəyir

Türkiyə TANAP layihəsində payını artırmaq istəyir
10.12.2013 13:42

 Türkiyə Trans-Anadolu qaz boru (TANAP) kəmərində payının artırılması ilə bağlı Azərbaycan tərəfinə müraciət edib.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

 

Onun sözlərinə görə, bununla bağlı tərəflər arasında artıq danışıqlar gedir: «Bütün tərəflər paylarını artırmaq istəyir. Ola bilsin ki, onların payı bugünkü 20%-dən bir az çox olsun».

 

R.Abdullayev bildirib ki, bunu müəyyən qədər «Statoil» və «Total» şirkətlərinin hazırkı payları hesabına etmək mümkün olacaq.

 

Qeyd edək ki, hazırda TANAP layihəsində Azərbaycan Dövlət Neft Şirkətinin iştirak payı 80%, Türkiyənin payı isə 20%-dir. Lakin Azərbaycan öz payından 29%-ni BP (12%), «Statoil» (12%) və «Total» (5%) şirkətlərinə təqdim etmək niyyətindədir.

 

Xatırladaq ki, Türkiyə ərazisindən keçən TANAP-ın tikintisinə 2014-cü ildə başlanması nəzərdə tutulur. Layihənin reallaşması üzrə Azərbaycan və Türkiyə arasında müvafiq hökumətlərarası sazişlər imzalanıb ki, layihənin reallaşması üçün artıq qanunvericilik bazası formalaşıb. Tikintinin 2017-2018-ci illərdə başa çatdırılması gözlənilir ki, həmin vaxt ilk kəmərin nəqletmə gücü 16 mlrd. kubmetr, 2023-cü ildə 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetr olacaq. İlkin mərhələdə nəqli nəzərdə tutulan 16 mlrd. kubmetr qazın 10 mlrd. kubmetri Avropaya tranzit olunacaq, 6 mlrd. kubmetri isə Türkiyəyə veriləcək.

APA

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əhalinin gəlirləri artıb
İqtisadiyyat 16:44
Əhalinin gəlirləri artıb
Naxçıvanda indiyə qədər bu qədər ƏDV məbləği geri qaytarılıb
İqtisadiyyat 14:34
Naxçıvanda indiyə qədər bu qədər ƏDV məbləği geri qaytarılıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:42
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:15
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə

Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətini almasınıtəsdiqləyib
İqtisadiyyat 17:11
Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətini almasınıtəsdiqləyib
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
İqtisadiyyat 16:09
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
SOCAR və Gran Tierra Energy Quba–Xəzəryanı regionu üzrə saziş imzalayıb
İqtisadiyyat 11:48
SOCAR və Gran Tierra Energy Quba–Xəzəryanı regionu üzrə saziş imzalayıb
Qızılın qiyməti yenidən 5 000 dolları ötüb
İqtisadiyyat 10:00
Qızılın qiyməti yenidən 5 000 dolları ötüb
Rusiya olmadan Ermənistanın dəmir yolu sistemi “bir anda çökə bilər” -Şoyqu
İqtisadiyyat 09:56
Rusiya olmadan Ermənistanın dəmir yolu sistemi “bir anda çökə bilər” -Şoyqu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol