Araz Ağalarov 70 yaşında yenidən evlənib
“Crocus Group” şirkətinin təsisçisi, azərbaycanlı iş adamı Araz Ağalarov həyat yoldaşı İrina Ağalarov ilə boşanıb.
“Qafqazinfo”nun məlumatına görə, Ağalarov 70 yaşında 27 yaşlı Alyona İvanova ilə ailə həyatı qurub. Alyona sosial şəbəkələrdə və rəsmi sənədlərdə soyadını Ağalarova olaraq dəyişib. Cütlüyün artıq övladı da dünyaya gəlib.
Araz Ağalarov və İrina Ağalarov 40 ildən artıq evli olub və bu nikahdan Emin Ağalarov və Şeyla Ağalarova adlı övladları var.