• $
  • £

ABŞ-də benzin 4 dollar bahalaşıb

ABŞ-də benzin 4 dollar bahalaşıb
31.03.2026 17:50

ABŞ-də benzinin 1 qallonu 2022-ci ilin avqust ayından bəri ilk dəfə olaraq 4 dollardan çox bahalaşıb. Bu barədə ABŞ Avtomobil Assosiasiyasının məlumatında deyilir.

Bildirilir ki, ölkə üzrə benzinin 1 qallonunun pərakəndə satış qiyməti 4,02 dollara yüksəlib. Yaxın Şərqdəki münaqişənin başlanğıcından bəri ABŞ-də benzin qiymətləri 1 dollardan çox artıb. ABŞ və İsrailin İrana hücumlarından bir gün əvvəl Birləşmiş Ştatlarda benzinin 1 qallonunun qiyməti 2,98 dollar idi.

Ekspertlərə görə, ABŞ-də benzin qiymətlərinin 1 dollar artması, digər iqtisadi təsirlər nəzərə alındıqda belə, istehlakçı etimad indeksini 4,5 bənd və ya daha çox aşağı salır. Həmçinin qiymətlərinin 1 dollar artması ilə insanların iqtisadiyyata baxışı təxminən 5 faiz pisləşir.

ABŞ xam neftinin bir barelinin qiyməti 2022-ci ildən bəri ilk dəfə olaraq 100 dollardan çox artıb. Həmçinin ABŞ-nin neft etalon indeksi mart ayında 50 faizdən çox artaraq 2020-ci ilin may ayından bəri ən böyük artımı qeydə alıb. Bu artım benzin və dizel yanacağı kimi istehlak mallarında daha çox özünü göstərir. Belə ki, dizelin 1 qallonunun qiyməti 5,4 dollardan yuxarı qalxıb və bu da ümumi iqtisadiyyat üçün ciddi problem yaradıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:07
Sabah bu ərazilərdə qaz olmayacaq
Ağdamda növbəti əmək yarmarkası keçiriləcək
Cəmiyyət 18:13
Ağdamda növbəti əmək yarmarkası keçiriləcək
ABŞ-də benzin 4 dollar bahalaşıb
Cəmiyyət 17:50
ABŞ-də benzin 4 dollar bahalaşıb
Dəmiryol vağzallarında elektron siqaret çəkənlər 30 manat cərimələnəcək
Cəmiyyət 17:15
Dəmiryol vağzallarında elektron siqaret çəkənlər 30 manat cərimələnəcək
Balıq ovu aprelin 1-dən qadağan edilir
Cəmiyyət 17:07
Balıq ovu aprelin 1-dən qadağan edilir
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Cəmiyyət 16:38
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Bakıda I sinfə qəbulda prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
Cəmiyyət 15:50
Bakıda I sinfə qəbulda prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
Şəkidə yaşayış evində partlayış olub, xəsarət alanlar var
Cəmiyyət 15:35
Şəkidə yaşayış evində partlayış olub, xəsarət alanlar var
AYNA: bayram günlərində 200 000-dən çox sərnişin daşınıb
Cəmiyyət 15:02
AYNA: bayram günlərində 200 000-dən çox sərnişin daşınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol