Masallıda yanğın: baba və 2 yaşlı nəvə həlak olub
Masallı rayonunun Qızılağac kəndində fərdi yaşayış evində baş verən yanğın nəticəsində iki nəfər ölüb.
Yerli medianın məlumatına görə, təxminən 200 kvadratmetrlik evdə baş verən yanğın zamanı 1967-ci il təvəllüdlü Abdullayev Camələddin və onun 2 yaşlı nəvəsi Məmmədzadə Məhərrəm yanaraq həlak olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
İlkin məlumata əsasən, baba nəvəsini xilas etmək üçün yanan evə daxil olub, lakin alovun sürətlə yayılması nəticəsində hər ikisi həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.