Qarabağ hərəkatı dayandırılmalıdır - Paşinyan
Ermənistanda Qarabağ hərəkatı davam etdirilməməlidir, çünki İrəvan və Bakı arasında artıq sülh bərqərar olub.Bu barədə Ermənistanın Baş naziri Kremldə Rusiya lideri Vladimir Putinlə görüşündə deyib.
Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıb.
“Ermənistanda açıq şəkildə bildirmişəm ki, Qarabağ hərəkatını davam etdirməməliyik”, – o deyib.
Baş nazir əlavə edib ki, İrəvan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və bu mövqe Rusiya rəhbərliyi tərəfindən də dəfələrlə açıqlanıb.
Son xəbərlər
Daha çox