İrana qarşı əməliyyatlarda “həlledici uğur” qazanılıb və təhdid azalıb -Tramp
32 gündür davam edən İrana qarşı hərbi əməliyyat bu ölkənin əhəmiyyətli dərəcədə zəifləməsinə və onun yaratdığı təhdidin azalmasına səbəb olub. Bunu ABŞ Prezidenti Donald Tramp aprelin 1-i xalqa müraciətində bildirib.
Mövcud münaqişəni əvvəlki müharibələrlə müqayisə edən Tramp qeyd edib ki, əməliyyat daha sürətlə gedir və onun sözlərinə görə, ABŞ-ın hərbi fəaliyyətinin effektivliyini göstərir.
“Bu ölkə faktiki olaraq məhv edilib və artıq təhdid təşkil etmir”, — o bildirib.
Tramp həmçinin İranı Yaxın Şərqdə “aqressiv oyunçu” adlandıraraq bildirib ki, onun fikrincə, bu rol artıq keçmişdə qalıb.
ABŞ prezidenti vurğulayıb ki, Vaşinqtonun addımları uzunmüddətli təhlükəsizliyin təmin edilməsinə, o cümlədən İranın nüvə proqramı ilə bağlı risklərin azaldılmasına yönəlib.
O əlavə edib ki, əməliyyat onun qiymətləndirməsinə görə ABŞ və müttəfiqlərinin təhlükəsizliyini gücləndirir və beynəlxalq ictimaiyyət “baş verənləri izləyir”.
N.Təbrizli
Son xəbərlər
Daha çox