İranda Yaxın Şərqin ən hündür körpüsü partladılıb
ABŞ-İsrail qüvvələrinin havadan zərbəsi nəticəsində İranın paytaxtı Tehran yaxınlığındakı Kərəc rayonunun Əzimiyyə bölgəsinə B1 körpüsü partlayıb, bir neçə nəfər yaralanıb.
Məlumatı "Fars" informasiya agentliyi yayıb.
Bildirilib ki, bu körpü Tehran-Kərəc sürət yolunun üstündədir.
Məlumata görə, Tehranın qərbində də bir neçə partlayış olub. Bundan sonra Kərəcin bəzi hissələrində elektrik enerjisi kəsilib.
Bu, Yaxın Şərqin ən hündür körpüsü sayılır.