Azərbaycanda 200-ə yaxın ali təhsilli şəxs peşə təhsili alıb – Agentlik sədri
Azərbaycanda ali təhsil müəssisələrini bitirmiş 200-ə yaxın şəxs sonradan peşə təhsili almaq üçün müraciət edərək təhsil alıb. Bu barədə Anews.az-a açıqlamasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı bildirib.
Onun sözlərinə görə, universitet məzunlarının böyük hissəsi peşə təhsilində turizm sektoruna üstünlük verib.
Bayramlı qeyd edib ki, bu tendensiya əmək bazarında praktik bacarıqlara artan tələbatla bağlıdır.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox