Bəzi peşələrdə qadınların payı 100%-ə çatır
Peşə təhsilində dayə ixtisasında qadınların payı 100% təşkil edir. Bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.
O bildirib ki, laboratoriya mikrobioloqu (92%), moda dizaynı və geyim üzrə dizayner (hər biri 91%), saç kəsimi və gözəllik xidmətləri (90%) sahələrində də qadınlar üstünlük təşkil edir.
Qənnadçı və şirniyyatçı ixtisasında qadınların payı 89%, kargüzarlıq və ofis işlərində 83%, interyer dizaynında 81%, dərzilikdə isə 79% təşkil edir.
Bununla yanaşı, sığorta işçisi (71%), qrafik dizayner (65%) və veb dizayn və proqram təminatı (60%) kimi sahələrdə də qadınların üstünlüyü qeydə alınıb.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox